Sosial şəbəkədə metroda qadınlar arasında davanın görüntüləri yayılıb. Videonun Bakıda çəkildiyi iddia olunub.
Bizim.Media “Bakı Metropoliteni” QSC-dən verilən məlumata istinadən xəbər verir ki, görüntülər Bakı metrosunda çəkilməyib.
DİN Mətbuat xidməti də hadisə ilə bağlı açıqlama yayıb: “Bu görüntülər “Bakı Metropoliteni”ndə qeydə alınmayıb. Metropolitendə Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, görüntülər başqa ölkədə çəkilib”.
Bizim.Media