Ramiz Novruzun övladları: "Atamızın hörmətlə dəfni bizə bəsdir" - VİDEO

Hazırda oxunan: Ramiz Novruzun övladları: "Atamızın hörmətlə dəfni bizə bəsdir" - VİDEO

128781

Mərhum Xalq artisti Ramiz Novruzun ailəsi sosial şəbəkədə canlı yayım açaraq bir çox suallara cavab verib, qaranlıq məqamlara aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, sənətkarı vizajist qızı Şəfəq Novruzova atasının vida mərasiminin Akademik Milli Dram Teatrında keçirilməməsindən söz açıb.

O, eyni zamanda Xalq artisti Əli Nurun R.Novruzun nəşinin çalışdığı teatrdan deyil, evdən götürülməsinə etirazla qarşılanmasına münasibət bildirib:

"Əli Nur emosiyalarına qapılıb dedi ki, Ramiz Novruz niyə teatrdan götürülmədi? Bunu sevgisindən etdi. Bir çox sənətçilər atamın dəfn mərasimindən narazı qaldılar. Xalqın sevgisi mənim üçün hər şeyə dəyər. Atamın əl çalaraq, hörmətlə dəfn edilməsi bizə bəhs etdi.

Xalq artistinin aktyor oğlu Cavidan Novruz isə bu məsələyə belə reaksiya verib:

"Bəzi öz mənafeyini güdən insanlar Ramiz Novruzun ailəsi kənarda qala-qala, özləri danışdılar. Atam özü danışılanları eşitsəydi, özü də qəbul etməzdi. Teatrdan götürülməməsinin səbəbini açıqlayım: O teatrın aktyoruyam, bundan əvvəl də dünyasını dəyişən sənətkarlar oldu ki, onların nəşi teatrdan götürülmədi.
Pandemiya ərəfəsində buna qadağa qoyulub. Biz o tərəfləri düşünmürük. Atamızın cənazəsinin bu cür adına layiq yola salınması bizə bəs etdi. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Akademik Milli Dram Teatrı atam üçün əlindən gələni etdi. Hamıya minnətdarlığımı bildirirəm".

Daha sonra Şəfəq başının bağlaması məsələsinə də bu cür aydınlıq gətirib:

"Hicaba keçməmişəm. Məlum səbəblərə görə baş örtüyünü taxıram. Psixoloji problemlər yaşadım. Hicaba keçmək kimi fikrim yoxdur. Çünki buna hələ hazır deyiləm".
 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin