İlham Əliyev Tacikistana səfərə gedəcək.
Bizim.Media "Sputnik Tacikistan" nəşrinə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin həmkarı Emomali Rahmonla görüşü, həmçinin Düşənbədə Azərbaycan-Tacikistan investisiya forumunda iştirakı gözlənilir.
Tərəflər sənaye, energetika, turizm və digər sahələrin inkişafını müzakirə edəcəklər.
Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Düşənbə şəhərinin Milli Kitabxanasında Tacikistan-Azərbaycan investisiya forumu keçiriləcək.
Forum sənaye, enerji, turizm, nəqliyyat və ixracın inkişafı sahələrində investisiya imkanlarının axtarışı məqsədilə baş tutacaq. Tədbirə 150-dən çox insan qatılacaq. Onların arasında hər iki tərəfdən nazirlər, idarə rəhbərləri, sahibkarlar, investorlar, eləcə də Tacikistan və Azərbaycanda iqtisadi fəaliyyətin müxtəlif sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrin nümayəndələri var.
İdarədən bildirilib ki, tədbirdə iki ölkənin dövlət və özəl sektorları arasında əməkdaşlığa dair yeni sənədlər imzalanacaq.
Bizim.Media