"Apple" şirkəti korporativ pərakəndə satış departamentinin işçilərinin sayını azaldacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Tesla”və “Apple”ın sahibləri süni intellektlə bağlı ÇAĞIRIŞ ETDİLƏR: “Dayandırın”
Bildirilir ki, şirkət belə bir addımı işdən çıxarma yox, işi optimallaşdırmaq cəhdi adlandırır.
İxtisara məruz qalan işçilərin sayı dəqiqləşdirilməyib, lakin az olacağı gözlənilir.
Agentlik bildirir ki, "Apple" şirkəti iş yerlərinin sayının azaldılması ilə bağlı şərh verməkdən imtina edib.
Bizim.Media