“Azəristiliktəchizat” borclu abonentlərin istiliyinin kəsilməsi üçün hökumətə müraciət ETDİ 

Hazırda oxunan: “Azəristiliktəchizat” borclu abonentlərin istiliyinin kəsilməsi üçün hökumətə müraciət ETDİ 

128694

“Azəristiliktəchizat” ASC istiliyin qiymətinin hesablanması qaydasına yenidən baxılması və borclu abonentlərin istilik təchizatının dayandırılması imkanlarının yaradılması üçün hökumətə təkliflər təqdim edib. 
 
Bizim.Media "report.az" a istinadən xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev açıqlamasında bildirib. 

İ.Mirzəliyevin sözlərinə görə, istilik təchizatının sayğaclar vasitəsi ilə hesablanması nəzərdə tutulur: 

“Energetika Nazirliyi ilə birlikdə təkliflərimiz ondan ibarətdir ki, yeni tikilən binalarda mütləq qaydada fərdi tənzimləmə imkanları mümkün olan sxem və sayğac quraşdırılsın. Nəzərdə tutulur ki, xətt binanın pilləkən qəfəsindən qalxsın, sayğac qoyulsun və sonra xətt mənzilə daxil olsun. Sərhəd müəyyən edildikdən sonra vətəndaş mənzilin daxilindən necə və hansı həcmdə istifadə edəcəyini özü bilər. Ən azından yeni tikilən binalar üçün bu təklifin üzərində israrlıyıq". 

“Azəristiliktəchizat” rəhbəri qeyd edib ki, hesablamalar Qkal/saat ilə hesablanacaq: "Amma onu kVt/saat-la da hesablamaq olar". 
İ.Mirzəliyev vurğulayıb ki, təkliflər yalnız yeni tikiləcək binalara aiddir, mövcud istilik şəbəkəsi olan binalarda yeniliklər etmək nəzərdə tutulmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin