Monteneqroda prezident seçkilərində sabiq nazir qalib gəldi

Hazırda oxunan: Monteneqroda prezident seçkilərində sabiq nazir qalib gəldi

128584

Monteneqroda keçirilən prezident seçkilərinin ikinci turunda sabiq iqtisadiyyat naziri, Avropa Hərəkatının rəhbəri Yakov Milatoviç seçicilərin 60 faizinin səsini toplayaraq qalib olub.

Bizim.Media xəbər verir ki, Monteneqronun hazırkı Prezidenti Milo Cukanoviçin səs nisbəti isə 40 faizdir. Müşahidə və Tədqiqat Mərkəzinin (CEMI) açıqladığı nəticələrə görə, səslərin 98 faizi hesablanıb, seçkidə seçici fəallığı isə 70,6 faiz olub.

37 yaşlı Yakov Milatoviç seçki kampaniyasında ölkədə həyat səviyyəsinin yüksəldilməsinin və Avropa İttifaqı ilə münasibətlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, hazırkı Prezident Milo Cukanoviç səlahiyyət müddəti mayın 19-da başa çatır.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin