Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Kadi Borgesin çıxış etdiyi “Krasnodar” səfərdə autsayder "Ximki" ilə qarşılaşıb.
Qonaqlar rəqibinə 6:0 hesabı ilə qalib gəlib.
Kadi 46-cı dəqiqədə meydana çıxıb. Braziliyalı yarımmüdafiəçinin oyuna girməsindən sonra komandası 5 qol vurub.
Krasnodarlıların 4-cü qolunun müəllifi isə Kadi olub. O, 63 dəqiqədə fərqlənib. Beləliklə, Kadi yeni komandasında meydana çıxdığı 4-cü oyunda 3-cü qolunu vurub.
Qeyd edək ki, “Krasnodar” 21 oyuna 32 xalla 8-ci pillədə qərarlaşıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
06:44 / 03.04.2023
“Qarabağ”ın sabiq futbolçusu “Krasnodar”da növbəti qolunu vurdu - VİDEO
Hazırda oxunan: “Qarabağ”ın sabiq futbolçusu “Krasnodar”da növbəti qolunu vurdu - VİDEO
Hazırda oxunan: “Qarabağ”ın sabiq futbolçusu “Krasnodar”da növbəti qolunu vurdu - VİDEO
128563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.