De Byazi postunda qalacaq

Hazırda oxunan: De Byazi postunda qalacaq

128531

Futbol üzrə milli komandamızın son rüsvayçı oyunlarından sonra italiyalı baş məşqçi Cani De Byazinin istefaya göndəriləcəyi gündəmə gəlmişdi. 

Bizim.Media xəbər verir ki, hətta yığma Bakıya qayıdandan sonra AFFA rəsmiləri bununla bağlı müəyyən işlər görmək istəyib.

Ancaq son məlumata görə, De Byazi hələ ki, vəzifəsində qalacaq. Onun fəaliyyətindən federasiya narazı olsa da, hazırda baş məşqçini istefaya göndərmək məqbul sayılmayıb. Üstəlik, məşqçinin müqaviləsi bitməmiş istefaya göndərilməsi kompensasiya məsələsini gündəmə gətirir. Bu da AFFA-nın büdcəsi üçün müəyyən yükdür.
Ona görə də, italiyalı mütəxəssis ən azı dekabra qədər vəzifəsində qalacaq. 

Qeyd edək ki, Cani De Byazi ilə bağlanmış müqavilə Avropa çempionatının seçmə mərhələsinin sonuna qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin