Qubanın Qrız kəndinə 21 sm qar yağdı - FOTO

Hazırda oxunan: Qubanın Qrız kəndinə 21 sm qar yağdı - FOTO

128496

Şimal bölgəsi aprel ayının 2-ci gününü də qar və şaxta ilə başlayıb. Quba və Qusarın dağlıq yaşayış məntəqələri yenidən ağ örpəyə bürünüb.

Bizim.Media-nın Quba hidrometerologiya müəssisəsindən  əldə etdiyi məlumata görə, ən çox qar Qubanın Qrız kəndinə düşüb: 21 sm.

Qusarın Ləzə kəndində  qarın hündürlüyü 16, Yasab-Həzrə kəndlərində 4, Qubanın Xınalıq kəndində 10, Xaltan kəndində 4, Xızının Altıağac qəsəbəsində isə 9 sm təşkil edib.
Ən çox şaxta Qrız və Xınalıqda müşahidə edilib: 7,2 dərəcə.

Şimal bölgəsində qeyri-sabit hava şəraiti davam edir.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin