Əməkdar artist Şəbnəm Tapdıqla aparıcı Elgiz Əkbər arasında mübahisə yaşanıb.
Bizim.Media xəbər verir ki, Elgiz Əkbərin aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində "Ərə getmək istəməyən qızlara nə demək istəyirsiniz?" sualını verməsi sənətçini qəzəbləndirib.
Ş.Tapdıq əsəbi halda E.Əkbərə belə cavab verib:
"Heç xınanın yeridir, get, onlardan soruş. Ərə getmək istəməyən özü bilər. Bir dairəyə top atmısınız, fırlanıb gəlir mənə. Verilişə gəlməzdən əvvəl prodüserə bildirdim ki, bir dənə artıq-əskik sual verməyin. Elə xanımlar var ki, alanı çoxdur getmək istəmir. Həmin xasiyyətdən biri də mənəm. Üniversitet vaxtları nələr oldu, dedim, yox. Mən bir qadın kimi özüm öz ayaqlarımın üstündə dayanıram".
Proqramın digər aparıcısı Pərvanə Tahirqızının "Bəs, sevgi" sualına Şəbnəmin reaksiyası belə olub:
"Hansı sevgidən danışırsan? Bu qədər evlənən var, niyə ayrılırlar? Heç kimin ixtiyarı yoxdur, desin, sən niyə ərə getmirsən? Mənəviyyatı təmiz insanlarla işiniz olmasın. Gedin, bu sözü eləsinə verin ki, sən niyə bu qədər adamla gəzirsən?
O gün bir xanımla tanış olmuşam, deyir, qardaşım sənin üçün ölürdü. Cavab verdim ki, gözüm aydın. Sərt xasiyyətli qadınam, evim, maşınım var, Nə edirəm kişini. Əsəblərimlə oynasın?"
- A-
- A
- A+
Şoutaym
23:11 / 01.04.2023
Elgiz Əkbərin ərə getməklə bağlı sualı Şəbnəm Tapdığı QƏZƏBLƏNDİRDİ - VİDEO
Hazırda oxunan: Elgiz Əkbərin ərə getməklə bağlı sualı Şəbnəm Tapdığı QƏZƏBLƏNDİRDİ - VİDEO
Hazırda oxunan: Elgiz Əkbərin ərə getməklə bağlı sualı Şəbnəm Tapdığı QƏZƏBLƏNDİRDİ - VİDEO
128465
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.