“Azərbaycana çox soyuq hava kütlələrinin daxil olması nəticəsində hava şəraiti kəskin dəyişib. Demək olar ki, respublikanın əksər rayonlarına qar yağıb”
Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
MÖVZU İLƏ BAĞLI
Qaxda 47 sm qar, Bakıda 5 dərəcə şaxta - Faktiki hava
Bildirib ki, Bakıda və Abşeron yarımadasında qarın hündürlüyü 5 santimetrə çatıb. Ən çox qar isə Böyük Qafqaz dağlarının keçdiyi rayonlarda qeydə alınıb.
Xidmət rəisinin sözlərinə görə, respublika ərazisində gün ərzində əlverişsiz hava şəraiti davam edəcək.
Ayın 25-də səhər saatlarından başlayaraq proses səngiyəcək, yağıntılar tədricən kəsiləcək.
Bizim.Media