Formula 1 üzrə mövsümün 3-cü Qran-prisi start götürdü

Hazırda oxunan: Formula 1 üzrə mövsümün 3-cü Qran-prisi start götürdü

128425

Formula 1 üzrə mövsümün 3-cü Qran-prisi start götürüb.  

Bizim.Media xəbər verir ki, Avstraliyanın Melburn şəhərindəki “Albert Park” avtodromunda təsifat mərhələsi keçirilib.  

Gözlənildiyi kimi yenə də “Red Bull” pilotu yarışı ön sırada başlamaq hüququ əldə edib. Amma son Qran-pridə bunu Serxio Peres bacarmışdısa, bu dəfə hazırkı çempion Maks Ferstappen diqqət mərkəzinə düşüb.  

Mövsümün ilk yarışı olan Bəhreyn Qran-prisində “poul”u ələ keçirən niderlandlı pilot bu dəfə də mübarizəyə ilk sıradan qoşulacaq. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı Qran-prisində Maks Ferstappen bolidində problem yaşadığı kimi, bu dəfə onun komanda yoldaşı Serxio Peres eyni vəziyyətə düşüb.  
Nəticədə bir “Red Bull” pilotu yarışa ilk sıradan başlayacağı halda, digəri sonuncu yerdən start götürəcək. Ferstappenin ən yaxın izləyicisi isə “Mersedes” pilotları olacaq. Corc Rassell 2-ci, Lüis Hemilton isə 3-cü sıradan mübarizəyə start verəcək.  

Son iki Qran-pridə fəxri kürsüyə yüksələn “Aston Martin” pilotu Fernando Alonso 4-cü yeri tutub. "Ferrari”nin üzvləri isə yenə də ümidləri doğrultmayıb.

Karlos Sayns 5-ci, Şarl Lekler isə yarışa 7-ci sıradan başlayacaq. Onların arasında, yəni 6-cı pillədə “Aston Martin”in digər pilotu Lens Stroll qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin