2022-ci ildə narkotikə görə 231 qadın cinayət məsuliyyətinə cəlb olunub.
Bizim.Media xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalında öz əksini tapıb.
Ümumilikdə, cinayət məsuliyyətinə cəlb olunan 8677 nəfərdən 13-ü 16-18, 601-i 18-25, 1439-u 26 -29, 6624-ü isə 30 yaşdan yuxarı şəxslərdir.
Bizim.Media