23 fevral axşam saatlarından başlayaraq yağan qar hələ də davam etdiyindən Bakı ağ örpəyə bürünüb.
Bizim.Media xəbər verir ki, hazırda güclü şimal-qərb küləyi əsir. Nəticədə qarlı və güclü küləkli hava şəraiti çovğuna səbəb olub. Yollar buz bağlayıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıya yağan qar avtoqəzalara səbəb oldu - VİDEO
Son illərdə ilk dəfədir ki, Bakıda havanın temperaturu mənfi dərəcəyə düşüb. Belə ki, havanın temperaturu Abşeronda mənfi 4-5 dərəcə olarsa, bu çoxillik normadan 7-8 dərəcə aşağı deməkdir.
Qeyd edək ki, fevralın ikinci yarısında artıq üçüncü dəfədir ki, havanın dəyişəcəyi proqnozlaşdırılır.
Bu dəfə, Arktik hava kütlələri birbaşa şimaldan cənuba istiqamətlənərək Azərbaycanı əhatə edib.
Bizim.Media