Dünya şöhrətli fransız aktyor Jerar Depardye zorlama və seksual təqiblərdə günahlandırılıb.
Bizim.Media "France-Presse"yə istinadən xəbər verir ki, Jerar Fepardyeyə qarşı müvafiq ittihamlar hələ ötən il dekabrın 16-da irəli sürülüb.
MÖVZU İLƏ BAĞLI:
Mərkəzin rəhbəri zorlama cəhdində ittiham olundu – Prokurorluq araşdırmaya başladı - FOTO
Adı açıqlanmayan 22 yaşlı aktrisanın ittihamı ondan ibarətdir ki, hazırda 73 yaşı olan kino ulduzu 2018-ci ildə özündən 41 yaş kiçik qadın həmkarını - şikayətçini zorlayıb.
İnsidentlərdən biri avqustun 7-də, ikinci oxşar hadisə isə 6 gün sonra yaşanıb.
Lakin 2020-ci ildə olduğu kimi Jerar Depardye indi də ona qarşı irəli sürülən ittihamları inkar edir.
Qeyd edək ki, Jerar Depardye Oskar mükafatına namizəd olub və Qızıl Qlobus mükafatının sahibidir. Kino ilə yanaşı aktyor həm də kommersiya fəaliyyəti ilə məşğuldur.
170-dən çox filmdə çəkilən aktyor Azərbaycanda əsasən Pyer Rişarla birgə baş rolları bölüşdüyü "Uğursuzlar" filmi ilə sevilib.
Anar Rəhimov, Bizim.Media