Azərbaycanın çox az əraziləri olar ki, orada erməni soyqrımının izləri olmasın. Bu faktlar eyni tarixə təsadüf etməsə də, işgəncə və qətliamların hamısı bir-birinin bənzəridir desək, yanılmarıq.
Həmin faciələrin bir çoxu məqsədli şəkildə erməni himayədarları tərəfindən ört-basdır edilib.
Onların Qarabağ ərazilərində törətdiyi faciələr 1905-07-ci illərdə özünü daha da qabarıq şəkildə sübut edib. Həmin faciələrin ən dəhşətlilərindən biri Tərtər rayonunun Umudlu kəndində törədilib.
Tərtər rayon Umudlu kənd sakini İlqar Qasımov bildirir ki, ermənilər ən dəhşətli vəhşilikləri onların kəndində törədib:
“Umudlu dərəsi deyilən ərazidə 11 kənd olub. Onlardan yalnız ikisi qalıb. Qalanını ermənilər darmadağın edib, sakinlərini qətlə yetiriblər. Həmin kəndlərə Pirxudu, Dəmirlər, Çıxarlı kəndlərini misal gətirmək olar. 1905-ci il oktyabr-noyabr aylarında həmin kəndlər yer üzündən silinib.
Bu dəqiqə Suqovuşanın üstündə Pirxudu kəndinin qalıqları qalıb. Yerli əhali həmin əraziyə Böyürtganlı deyir. Digər kəndlərin də yeri durur. İzləri qalıb. Həmin ərazilər Rusiya Sülhməramlı Kontungentinin məsuliyyət zonasındadır. Həmin kəndlərin əhalisi tamamılə qətlə yetirilib, kənddə isə daş üstə daş qoymayıblar. Bax, 1905-ci ildə ermənilər Sərsəng dərəsinin başına bu oyunları açdılar”, - deyir, Umudlu kənd ziyalısı və rəsmi nümayəndəsi İlqar Qasımov.
Həmsöhbətimiz qeyd edir ki, Sərsəng yaxınlığında yerləşən bu əraziyə ermənilər sonradan ad da qoyub:
“1905-ci il dekabr ayının 26-da Umudlu camaatı canlarını qurtarmaq uçun Tərtər çayını keçib indiki Pələng qayası istiqamətində - Heyvalı kəndini də keçərək Ağdam rayonunun Şotlanlı-Umudlu kəndinə getmək istəyiblər. Lakin Heyvalı kəndi yaxınlığında yerləşən Şahbaz dərəsi adlanan ərazidə ermənilər 365 nəfər Umudlu sakinini damlara doldurub orada diri-diri yandırıblar.
Mən həmin Şahbaz dərəsində insan sümüklərinin qalıqlarını gözümlə görmüşəm. Onu da qeyd edim ki, həmin faciədən cəmi 2-3 nəfər xilas olub. Onlardan biri isə Pəri nənə idi. Faciə vaxtı qız uşağı olan Pəri nənə asma körpünün altında gizlənib və sonra qaçıb canını sağ qurtara bilib. O bizə qocaların, körpələrin və qadınların necə qışqıra-qışqıra yanıb öldüklərini ağlayaraq danışırdı. Faciədən sonra ermənilər həmin Şahbaz dərəsinə “Turkun qodrez” yəni, türklər qırılan yer deyirdilər” – deyə İlqar Qasımov bildirir.
Özlərini dünyaya yazıq, qayğıdan kənar qalmış kimi göstərməyə çalışan quduz ermənilər türkləri qırmağı sanki əcdadlarından aldıqları müqəddəs tapşırıq hesab edirlər.
Bunlara mart və daha sonra törədilmiş soyqırımıları misal göstərmək olar. Hər əsrin nəsillərində erməni vəhşiliyi, erməni vandallığı boy göstərir.
Ən sonuncular isə 1988-ci ildən başladı, Azərbaycan xalqı ermənilər tərəfindən törədilən Qaradağlı, Başlıbel, Bağlıpəyə, Ağdaban və Xocalı faciələrini də yaşadı...
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:45 / 31.03.2023
Tərtərin Umudlu kəndindəki qanlı FACİƏ: Erməni vəhşiliyinin qurbanları - FOTO
Hazırda oxunan: Tərtərin Umudlu kəndindəki qanlı FACİƏ: Erməni vəhşiliyinin qurbanları - FOTO
Hazırda oxunan: Tərtərin Umudlu kəndindəki qanlı FACİƏ: Erməni vəhşiliyinin qurbanları - FOTO
128274
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.