Azərbaycan səfiri etimadnaməsinin surətini Buyar Osmaniyə təqdim ETDİ - FOTO

Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsinin surətini Buyar Osmaniyə təqdim ETDİ - FOTO

128254

Azərbaycanın səfiri Kamil Xasiyev etimadnaməsinin surətini Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaniyə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Buyar Osmani "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüş zamanı ATƏT regionundakı son vəziyyət və Şimali Makedoniyanın təşkilata sədrliyi müzakirə olunub.
"İqtisadi əməkdaşlığı, xüsusilə enerji sahəsində bu əməkdaşlığı inkişaf etdirməyə hazırıq", - Osmani qeyd edib.

Qeyd edək ki, Buyar Osmani ATƏT-in hazırda fəaliyyətdə olan sədridir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin