Bakı metrosunda sərnişin özbaşınalığı təhlükəli vəziyyət yaşadıb.
Bizim.Media xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, gənc sərnişin qatar hərəkətdə olarkən vaqonlararası keçid qapısını açıb. Bu da yetməzmiş kimi digər vaqona tərəf uzanaraq pəncərəni döyüb, geri qayıdır. Qeyd edək ki, hadisə metronun “Nizami” stansiyasında qeydə alınıb.
Bu vəziyyət digər sərnişinlər üçün də təhlükəli vəziyyət yaradıb.
Artıq yayılan videogörüntülərlə bağlı məsələ araşdırmaya verilib.
Bizim.Media