Vətəndaşların "Mostbet", "1xbet" "TOPAZ" və "GİVEAWAY" kabusu...

Hazırda oxunan: Vətəndaşların "Mostbet", "1xbet" "TOPAZ" və "GİVEAWAY" kabusu...

128226

Cəmiyyəti bu oyun və fırıldaqlardan necə xilas edək?

Azərbaycanda fırıldaq qumar oyanları ciddi problemə çevrilib. Artıq sosial mediada hər gün vətəndaşların onlayn qumar oyunlarının qurbanına çevrilməsi ilə bağlı şikayətlər eşidilir.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, "Mostbet", "1xbet"  "TOPAZ" kimi şirnikləşdirici qumar oyunları demək olar ki, ölkə gəncliyini məhvə sürükləyir. 

Bu fırıldaqçı oyunların girovuna çevrildiyi bir çox vətəndaşların ailələri belə dağılır. 

Bu prosesi idarə edənlər və qumar oyunlarının təşkilinin başında dayananlar az qala böyük bir fırıldaq şəbəkəsini xatırladırlar. Çünki cəmiyyət fəaliyyəti kifayət qədər şübhələr doğuran, maliyyə hesabatları bəlli olmayan, kuponların hazırlanması zamanı hansı saxtakarlıqlara yol verildiyi hələ də suallar doğuran bir şirkətlərlə üz-üzə qalıb. 

Bu haqda bir dəfə mediada yazılar yazmışdıq, ancaq görünən odur ki,  "Mostbet", "1xbet" "TOPAZ" kimi aldadıcı oyunları təşkil edənlər nəticə çıxarmaq istəmirlər. 

Artıq sosial şəbəkədə paytaxtdan və əsasən rayonlardan olan sakinlər deyirlər ki,  bu qumar oyunları hər kəsi aldadır, kasıb təbəqənin qara qəpiyi də əlindən çıxır. 

Əslində, qumar da buna hesablanıb – hamı son qəpiyini də verir, amma heç nə əldə etmir, nəticədə şirkət milyonlar qazanır...

Sosial şəbəkədə və vətəndaşlar arasında apardığımız sorğulardan da aydın olur ki, vətəndaşlar onlayn və şəbəkələşmiş oyunların qurbanına çevrilir, bu oyunlar cəmiyyətin kabusuna çevrilməkdədir. 
Təsəvvür edin ki, "Mostbet", "1xbet"  "TOPAZ" kimi şirkətlərin cəmiyyətin kabusuna çevrildiyi bir vaxtda ortaya daha bir fırıldaqçı oyun çıxıb. Yəni son zamanlar sosial şəbəkədə yeni bir "GİVEAWAY" adlı loru dildə desək, "GİVEÇİLƏR" peyda olub.

Bu şəxs və oyunlar əvvəllər azlıq təşkil edirdilərsə, indi demək olar ki, kütləvi şəkildə artmağa başlayıb. Xidmətləri isə "instagram" adlı sosial şəbəkə platformasında yarışlar keçirməkdir. 

Məsələn, "GİVEAWAY" konkret "instagram"da istifadəçilər üçün ciddi tələyə çevrilib. Hər kəs bu oyunun toruna düşə, aldadıla, var-yoxdan çıxa bilər. 

Sözügedən yarışlara istifadəçilər "instgram" səhifəni daxil edir, 10 minə yaxın izləyici artımına 60-80 manat arası, 25-30 min izləyici artımına, 250-300 manat arası məbləğlər tələb edirlər.

Yarışçılar 50-80-100 nəfəri keçdikdə yarış başlayır. Bundan başqa, vətəndaşın verdiyi məbləğə uyğun olaraq, izləyici sayı artır, amma son 1-2 ay müddətinə həmin izləyicilər müəmmalı şəkildə qeybə çəkilir. 

Şikayətçilər Demokrat.az-a deyirlər ki, bu tip yarış zamanı səhifəyə saxta yolla Afrikadan, ərəb ölkələrindən, Hindistan, Rusiya və digər ölkələrin izləyiciləri dəvət olunur. 

Bəzən isə saxta istifadəçi adları da səhifəyə dəvət edilir, bu yolla izləyici sayı artırılır. 

Yarışı keçirənlər isə süni yolla kifayət qədər varlanırlar, hətta bu sahə ilə, özlərinə şəhərin mərkəzində bahalı ev, şəhərdən kənarda bağ evi, bahalı avtomobil və obyektdə alanlar az deyil. Bu oyunları keçirənlər isə konkret olaraq qanunsuz biznes yaradıblar. Çünki heç biri dövlət büdcəsinə bir qəpik belə vergi ödəmir. 

"GİVEÇİ" bir çox hallarda yarışda 20-25 min manat əldə edirlər. İtirən isə borc-xərc içində yaşayan, günəmuzd çalışdığını, problemlərini həll etmək üçün bu oyunlara yönləndirən vətəndaşlardır. 

Görünən isə odur ki, dövlət bu kimi oyunlarla bağlı ciddi ölçü götürməli, vergidən və qanundan yayınan şirkət və şəxslərlə bağlı tədbirlər görməlidir. Əks halda gəncliyi məhvə aparan bu oyun və fırıldaqlar insanların iztirabları üzərində varlanmaqda, ailələri dağıtmaqda davam edəcəklər...
Ümid yenə hüquq mühafizə orqanlarına və dövlətin aidiyyəti sturukturlarına qalır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin