“Dövlət başçısı azərbaycanlıların soyqırımı məsələlərini diqqətdə saxlamaqla bağlı tapşırıq verib. Tapşırıq budur ki, bütün regional və beynəlxalq platformalarda soyqırımı məsələlərini xarici ölkə vətəndaşlarının diqqətinə çatdıraq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Qubadakı Soyqırımı Memorial Kompleksində keçirilən anım mərasimi zamanı Ombudsman Səbinə Əliyeva bildirib.
Ombudsman işğaldan azad olunan ərazilərdə bu gün də kütləvi məzarlıqlar aşkar olunduğunu təəssüflə qeyd edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu