Qəzaya düşən Mehriban Zəkinin səhhəti NECƏDİR? – ÖZƏL

Hazırda oxunan: Qəzaya düşən Mehriban Zəkinin səhhəti NECƏDİR? – ÖZƏL

128182

Xəbər verdiyimiz kimi, martın 22-də saat 18:00 radələrində yol-nəqliyyat hadisəsi zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü ilə nəticələnən qəzada Xalq artisti Mehriban Zəki ağır bədən xəsarətləri alıb. 

Bizim.Media-nın əməkdaşı aktrisanın səhhəti ilə bağlı xəbər almaq üçün onunla əlaqə saxlasa da, lakin o telefon zənglərinə cavab verməyib. 

Məlumat əldə etmək üçün sənətçinin həmkarı və yaxın dostu Vüsal Murtuzəliyevlə onun hazırki vəziyyəti ilə əlaqədar bu açıqlamanı verib: 

“Hər gün Mehriban xanımla əlaqə saxlayıram. O hazırda hospitalda müalicələrini davam etdirir. Onun qolunda və qabırğasında zədələri var. Həkim nəzarətindədir. Mehriban xanım özünü əvvəlki günlərdən indi daha yaxşı hiss edir. Dilarə xanımla da telefonla danışır. Yaxın günlərdə evə buraxılacaq”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin