Ötən gün Bərdədə qətlə yetirilən 36 yaşlı Günay Ələkbərovanın 8 aylıq hamilə olduğu məlum olub.
Bizim.Media xəbər verir ki, mərhumun anası “Xəzər xəbər”ə bildirib ki, qızı onu öldürməkdə şübhəli bilinən 39 yaşlı Şirxan İmanovla qeyri-rəsmi ər-arvad münasibətində yaşayıb.
Ana qızına deyib: “Gəl səni qaçırım. Qızım da dedi ki, yox, səni də öldürər. Həmin gecə mənə zəng etdi. Dedi ki, mama, gəlməsən başqa iş olacaq. Mama, özünü mənə çatdır...Soruşdum ki, hardasan, hara gəlim? Elə orada da vurdu. Neçə bıçaq vurduğunu bilmirəm. Qızım 8 aylıq hamilə idi. 9-10 ay idi ki, birlikdə yaşayırdılar”.
Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Bizim.Media