"Səbail"in futbolçusu Ağabala Ramazanov klubun mətbuat xidmətinə açıqlama verib. 
Bizim.Media xəbər verir ki, o, Misli Premyer Liqasının 28-ci turunda "Kəpəz"ə qarşı keçirəcəkləri matç barədə danışıb: 
"Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yarandı. Biz də bu fasilədən istifadə edərərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq.
“Kəpəz” oyunu öncəsi məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik. Bizi qarşıda çətin səfər oyunu gözlədiyini bilirik. Amma Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq". 
Qeyd edək ki, aprelin 1-i keçiriləcək "Kəpəz" - "Səbail" görüşü saat 15:30-da başlayacaq. 
Bizim.Media

- A-
- A
- A+
İdman
							21:51 / 30.03.2023
							
						"Səbail"in futbolçusu: "Gəncəyə qələbə qazanmaq üçün gedirik"
						
							
								Hazırda oxunan: "Səbail"in futbolçusu: "Gəncəyə qələbə qazanmaq üçün gedirik"							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: "Səbail"in futbolçusu: "Gəncəyə qələbə qazanmaq üçün gedirik"							
						128123
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































