“Bakı və İrəvan bir-birilə razılığa gələ bilər və bu məqsədlə onlar üçün şərait yaradılmalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Avropa İttifaqının Ermənistandakı missiyasının rəhbəri Markus Ritterin bəyanatını şərh edərkən bildirib.
“Heç vaxt nizamlanmada vasitəçi olmayanları, prosesə əlavə dəyər qatmayanları, praktiki nəticələrə nail olmayanları eşitmək çox vacib deyil. Vacib olan Bakı və İrəvanı eşitməkdir. Biz yaxşı başa düşürük ki, iki tərəfin fərqli, bəzən bir-birinə diametral şəkildə zidd mövqeyi olur.
Bununla belə, biz tərəflərin razılaşa biləcəyi şeyləri qeydə alırıq. Başlıcası onlara müvafiq razılaşma bazası əsasında müvafiq atmosferi yaratmaqdır”, - deyə XİN rəsmisi qeyd edib.
Zaxarova bildirib ki, Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionunda destruktiv mövqe nümayiş etdirir:
“Aydındır ki, Brüssel Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında və mövqelərinin yaxınlaşmasında maraqlı deyil.
Əksinə, Aİ Bakı ilə İrəvan arasında ziddiyyətləri dərinləşdirir. Özlərinin qeyri-peşəkar, düşünülməmiş, ədalətsiz fəallıqları ilə Bakı ilə İrəvan arasında ziddiyyəti qızışdırırlar. Bunu biz hamımız görürük, fikrimcə, bunu gizlətmək mümkün deyil. Bizdən hər zaman soruşurdular ki, Avropa İttifaqının vasitəçiliyinə necə baxırıq? Biz isə deyirdik ki, gördükləri işlərdən onları tanıyacağıq. Bu da onların işləri. Burada yeni heç nə yoxdur. Onlar əvvəl etdiklərini burda da tətbiq edirlər”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:10 / 30.03.2023
Zaxarova: “Bakı və İrəvan bir-birilə razılığa gələ bilər, lakin Aİ...”
Hazırda oxunan: Zaxarova: “Bakı və İrəvan bir-birilə razılığa gələ bilər, lakin Aİ...”
Hazırda oxunan: Zaxarova: “Bakı və İrəvan bir-birilə razılığa gələ bilər, lakin Aİ...”
128102
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.