Ermənistanın paytaxtı İrəvanda müxalifətin itaətsizlik aksiyası keçirilir.
Bizim.Media erməni KİV-lərinə istinadla xəbər verir ki, aksiyanı “Vətənin qurtuluşu hərəkatı” təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
Etirazçılar İrəvan metrosunun hərəkətinə mane oldular
Etirazçıların əsas tələbi baş nazir Nikol Paşinyan və komandasının istefa verməsidir.
Bildirilir ki, etirazçılar polis idarəsinin binasını mühasirəyə alıb:
“Polis rəisinin yanımıza gəlməsini tələb edirik. O, tabeçiliyində olanların etdiyi bütün vəhşiliklərə görə cavab verməlidir”,- deyə bildiriblər.
Bizim.Media