İranda azərbaycanlı idmançı Səhənd Nurməhəmmədzadəyə 16 il həbs və 74 şallaq cəzası verilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı onun atası Cəfər Nurməhəmmədzadə yayıb.
Onun sözlərinə görə, 5 dəqiqə ərzində keçirilən məhkəmədən artığını gözləmək olmaz:
"Bir gənci necə 16 il həbsdə saxlamaq olar? Bu hökm son dərəcə ədalətsizdir. Bu rejim qeyri-insanidir və gənclərin həyatını məhv edir".
Xatırladaq ki, güneyli idmançı bundan öncə edama məhkum edilmişdi. Amma barəsindəki edam hökmü İran Ali Məhkəməsi tərəfindən ləğv edilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Region
16:17 / 30.03.2023
İranda azərbaycanlı idmançıya 16 il həbs cəzası verildi
Hazırda oxunan: İranda azərbaycanlı idmançıya 16 il həbs cəzası verildi
Hazırda oxunan: İranda azərbaycanlı idmançıya 16 il həbs cəzası verildi
128069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.