Xəbər verdiyimiz kimi, “Dərviş band” pop-rok qrupunun Xalq artisti Niyaməddin Musayevin repertuarında dillər əzbəri olan “Dünya sənin, dünya mənim” mahnısını yeni tərzdə oxuması gündəm olub.
Bizim.Media xəbər verir ki, qrup sənətkarla “MAG” (Müasir Azərbaycan Gənci) verilişində bir araya gələrək, sözügedən nəğməni duet şəklində ifa edib.
Onların dueti musiqi platformalarında yayımlanaraq, dinləyicilərin ixtiyarına verilib.
Rəşad Əliyev, Bizim.Media