Dumanlı hava şəraiti müşahidə OLUNUR

Hazırda oxunan: Dumanlı hava şəraiti müşahidə OLUNUR

127993

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Xəzər dənizi üzərində formalaşan duman cənub-şərq küləkləri vasitəsilə quruya doğru hərəkət etmişdir.

Gündüz saatlarında havanın temperaturunun yüksək olması, gecə isə temperaturun aşağı enməsi (inversiya) nəticəsində yerə yaxın təbəqədə dumanın əmələ gəlməsinə səbəb olub. 

Şabran, Cəfərxan, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 300-500 metrədək məhdudlaşıb. 

Dumanlı hava şəraiti martın 30-u gündüzədək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin