Görmə qabiliyyəti məhdud olan şəxslər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) müxtəlif tabeli tibb müəssisələrində işlə təmin olunub.
Bu barədə Bizim.Media-ya Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, son 6 ay ərzində Mərkəzin tabeli tibb müəssisələrində 10-a yaxın görmə qabiliyyəti məhdud olan şəxslər işlə təmin olunublar. Onların böyük əksəriyyəti ilkin tibb müəssisələrində masaj üzrə tibb bacısı (və ya tibb qardaşı) vəzifələrində çalışır. Onlardan biri də Rəhimli Sarıgül Elçin qızıdır.
S.Rəhimli 2-ci qrup görmə qabiliyyəti məhdud olan şəxsdir. O, 2022-ci ilin oktyabr ayından Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 6 nömrəli Şəhər Poliklinikasında masaj üzrə tibb bacısı vəzifəsində çalışır.
S.Rəhimli 1998-ci ildə Biləsuvar rayonunun Bəygilli kəndində anadan olub. Orta təhsilini doğulduğu rayonda tamamlayan S.Rəhimli 2017-ci ildə 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicəvi masaj” fakültəsinə daxil olub və 2020-ci ildə həmin kollecdən məzun olub.
O vaxtdan iş axtarışında olan S. Rəhimli Bakı Baş Səhiyyə Mərkəzinə müraciət edib:
“Təsilimi bitirdikdən sonra işsiz idim, iş axtarırdım. Bu ərəfədə Bakı Baş Səhiyyə Mərkəzində vakansiyaların olması haqqında məlumat aldım. Paytaxt Bakıya gəldim. Böyük ümidlə işə qəbul olmaq üçün Mərkəzə müraciət etdim. Tez bir zamanda müsbət cavab gəldi. 2022-ci ilin oktyabr ayından 6 nömrəli Şəhər Poliklinikasında masaj üzrə tibb bacısı vəzifəsində çalışıram.
Bu beş ay ərzində həm tibb müəssisəsinin rəhbərliyindən, həm də kollektivdən özümə qarşı ancaq diqqət və qayğı görmüşəm. Məndən başqa bu poliklinikada 6 nəfər də görmə qabiliyyəti məhdud olan şəxslər işləyir. Əmək haqqımız da qənaətbəxşdir”.
Məlumat üçün bildirək ki, masaj İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə daxil olduğundan, bu xidmət ödənişsiz həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:18 / 30.03.2023
Görmə qabiliyyəti məhdud şəxslər tibb müəssisələrində işlə təmin OLUNDU
Hazırda oxunan: Görmə qabiliyyəti məhdud şəxslər tibb müəssisələrində işlə təmin OLUNDU
Hazırda oxunan: Görmə qabiliyyəti məhdud şəxslər tibb müəssisələrində işlə təmin OLUNDU
127975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.