Ölkəmizdə sudan istifadəyə nəzarət GÜCLƏNDİRİLİR – FOTO 

Hazırda oxunan: Ölkəmizdə sudan istifadəyə nəzarət GÜCLƏNDİRİLİR – FOTO 

127938

İmişli, Saatlı, Biləsuvar və Cəlilabad rayonlarında su təminatı ilə məşqul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə Cəmiyyətin nümayəndələri İmişli rayonu ərazisində Araz çayı üzərində yerləşən Bəhrəmtəpə hidroqovşağında əkin sahələri əsasən Araz çayından su ilə təmin edilən İmişli, Saatlı, Biləsuvar və Cəlilabad rayonlarının icra hakimiyyəti başçılarının və aidiyyəti təşkilatların mütəxəssislərinin iştirakı ilə görüş keçirilib. 

Görüşdə hazırda Bəhrəmtəpə hidroqovşağında saniyədə 53 kubmetr suyun olduğu (bunun 22 kubmetri Yuxarı Qarabağ kanalı vasitəsi ilə Araz çayını qidalandırır) barədə məlumat verilib.
Eyni zamanda bildirilib ki, su itkilərinin qarşısının alınması məqsədi ilə respublikanın bir sıra bölgələrində torpaq məcralı kanallar beton üzlüyə alınır, o cümlədən İmişli rayonu ərazisində yerləşən Boztəpə və Qızılarx kanallarının beton üzlüyə alınmaqla yenidənqurulması işləri həyata keçirilir.

Əkinlərin optimal müddətlərdə suvarma suyu ilə təmin edilməsi və su təminatının yaxşılaşdırılması məqsədi ilə yerli istismar idarələrinə səyyar tipli nasos stansiyaları verilib. 

Görüş zamanı su ehtiyatlarının qeyd olunan rayonlar arasında, hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun olaraq bölüşdürülməsi barədə qərar qəbul edilib. 

Son vaxtlar su təminatında ciddi çətinliklər yaranan Saatlı rayonunda Sabir kanalı suvarma sisteminin xidməti ərazisində yerləşən 14 kənd üzrə su bölgüsü qrafiki müəyyənləşdirilib. 
Eyni zamanda, su istifadəçilərinə mövcud vəziyyəti düzgün qiymətləndirərək öz üzərlərinə düşən vəzifələrin icra edilməsi, əkin sahələrinin suvarmaya düzgün hazırlanması, sudan qənaətlə istifadə, aqrotexniki qaydalara və suvarma qrafiklərinə ciddi riayət edilməsi və gecə suvarmalarının təşkili barədə müvafiq tövsiyələr verilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin