Sertifikasiyadan keçə bilməyən müəllimlərə YENİ FÜRSƏT

Hazırda oxunan: Sertifikasiyadan keçə bilməyən müəllimlərə YENİ FÜRSƏT

127841

Aprelin 1-dən Bakı şəhəri, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz regionları üzrə ixtisasartırma təlimlərinə başlanılır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, institutun təşkil etdiyi bu təlimlər sertifikatlaşmada təkrar iştirak edəcək təhsilverənlərə dəstək məqsədi daşıyır:

"48 saatlıq ixtisasartırma təlimləri ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənləri üzrə keçiriləcək. Dəstək təlimləri müdavimlərin yaşayış yerləri nəzərə alınmaqla 53 təlim mərkəzində təşkil olunacaq".

Direktor söyləyib ki, 2 700-dən çox ibtidai sinif müəllimini əhatə edəcək bu təlimlərdə sertifikatlaşmada yüksək nəticə göstərən müəllimlərin də təlimçi kimi fəaliyyət göstərmələrinə şərait yaradılacaq:

"2742 müəllimə 3 ay müddətində Təhsil İnstitutu tərəfindən təlimlər keçiriləcək. Bu müəllimlər bölgə məktəblərində çalışır. Təlimçilər müəllimlərin uğur qazanmasında dəstəkçisi olacaq". 

R.Əzizov qeyd edib ki, bu ilin mart ayından bir neçə bölgədə sertifikasiya görüşləri keçirilir.

O bildirib ki, bu görüşlər müəllimləri məlumatlandırma xararakteri daşıyır:

"Ötən ilə nisbətən bu il psixoloji gərginlik azalıb. Artıq müəllimlər görürlər ki, imtahan verənlərin çoxu uğur qazanıb".

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin