Beş boksçumuz beynəlxalq turnirə qələbə ilə start verdi – FOTO  

Hazırda oxunan: Beş boksçumuz beynəlxalq turnirə qələbə ilə start verdi – FOTO  

127764

Bakıda yeniyetmə boksçular arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürüb.  

Bizim.Media xəbər verir ki, Boks Mərkəzində 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın ilk günündə 16 döyüş baş tutub. 

6 çəkidə 1/4, 2 çəkidə 1/2 final mərhələsinə yüksələn boksçuların adları bəlli olub. İlk gündə rinqə çıxan Azərbaycan millisinin üzvlərindən 5-i çıxışını qələbə ilə bitirib. 

Turnirin ikinci günündə 19 görüş keçiriləcək. Döyüşlər saat 15:00-da başlanacaq. 

Qeyd edək ki, aprelin 1-də yekunlaşacaq yarışda 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək. 

1/8 final 

52 kq 

Əli Xudaverdiyev (Azərbaycan) – Həsrət Mehdiyev (Azərbaycan) – 5:0 
Faiq Mollayev (Azərbaycan) – Muhammed Aliyev (Rusiya) – 4:1 
Erlan Yerqeşov (Qırğızıstan) – Daniyar Akbısenov (Qazaxıstan) – 1:4 

54 kq 

Raul Əsədullayev (Azərbaycan) – Pavel Kondraşov (Rusiya) – 0:5 

57 kq 

Yeslam Tahirov (Qazaxıstan) – Zviad Tçotçua (Gürcüstan) – 1:4 

60 kq 

Firuzcon Sadullayev (Özbəkistan) – Canaslan Temirbiyev (Rusiya) – 5:0 

63 kq 

Abbasqulu Şadlinski (Azərbaycan) – Həsən Tağızadə (Azərbaycan) – 5:0 

66 kq 

Elnur Abdullayev (Gürcüstan) – Zuxuruddin Abdulloyev (Tacikistan) – birinci tam üstünlüklə qalib gəlib 

Husanboy Rustamjonov (Özbəkistan) – Bekaris Nurmuxan (Qazaxıstan) – 2:3 

1/4 final 

46 kq 

Əli Baxışov (Azərbaycan) – Behruz Kurbonov (Özbəkistan) – birinci döyüşə gəlməyib 
Sergey Zayats (Belarus) – Ucal Musayev (Azərbaycan) – 2:3 
Yasur Uulu Taalaybek (Qırğızıstan) – Bilal Nəzərov (Azərbaycan) – 0:5 
Andrey Kotusov (Rusiya) – Fərid İsmayılzadə (Azərbaycan) – 5:0 

50 kq 

Ramazan Orinbassar (Qazaxıstan) – Buzurqmehr İksanov (Tacikistan) – 3:2 
Arseni Jiltsov (Rusiya) – Arif Məcidov (Azərbaycan) – 5:0 
Şohjaxon Qahramanov (Özbəkistan) – Bağır Əmirxanlı (Azərbaycan) – 5:0 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin