Xalq artisti Zülfiyyə Xanbabayeva ailəsi ilə ABŞ-a yollanıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.
Sənətçi Nyu-York küçələrinin birində həyat yoldaşı, iş adamı Zaur Məmmədovun və qızı Dənizin yağışın altında gəzərkən görüntülərini çəkərək izləyiciləri ilə bölüşüb.
Zülfiyyə həmin kadrlara “Mənim ürəklərim. Sizi sonsuzluğa qədər sevirəm” şərhini yazıb.
Qeyd edək ki, Zülfiyyə Xanbabayevanın həyat yoldaşı Zaur Məmmədov “Simurq” futbol klubunun keçmiş prezidenti olub.
Rəşad Əliyev, Bizim.Media