"Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo yenidən Turin klubunu çalışdırmağın əleyhinə deyil.
Bizim.Media xəbər verir ki, hazırda Türkiyənin "Fatih Karagümrük" klubunun baş məşqçisi olan italiyalı mütəxəssis "La Gazzetta dello Sport"a açıqlamasında "Yuventus"a mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb:
"Xeyli oyunçusu zədəli olsa da, Alleqrinin komandası çox güclüdür. Turnir cədvəlində “Napoli”dən geri qalması real güc fərqini əks etdirmir. Klubla yaxşı münasibətim var. Qarşılıqlı hörmətimiz davam edir. Zəng etsələr qayıdarammı? Əllbəttə. Söhbət “Yuventus” kimi top klubdan gedir".
Qeyd edək ki, Pirlo 2021/2022 mövsümündə "Yuventus"un baş məşqçisi vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
06:40 / 29.03.2023
Pirlo: "Yuventus"dan zəng gəlsə, qayıdaram"
Hazırda oxunan: Pirlo: "Yuventus"dan zəng gəlsə, qayıdaram"
Hazırda oxunan: Pirlo: "Yuventus"dan zəng gəlsə, qayıdaram"
127728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.