Milli Məclisin Deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Deputat Fazil Mustafa güllələnib
Bildirilib ki, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.
"Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur" - deyə məlumatda qeyd edilib.
Bizim.Media