Fransada SON VƏZİYYƏT: Polislə etirazçılar arasında qarşıdurma yaşanır - VİDEO

Hazırda oxunan: Fransada SON VƏZİYYƏT: Polislə etirazçılar arasında qarşıdurma yaşanır - VİDEO

127684

Xəbər verdiyimiz kimi, Fransada pensiya sisteminin dəyişdirilməsindən narazı olanlar yenidən küçə və meydanlara çıxıblar. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan video görüntülərə əsasən, Lion şəhərində nümayişçilər pensiya islahatına qarşı etiraz yürüşü zamanı polisin müqaviməti ilə üzləşiblər.

Belə ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar isə asayiş keşikçilərinə daş, boş şüşə atıblar. 
On minlərlə insanın iştirak etdiyi aksiyalarda nümayişçilər “Pensiyalarımıza toxunma”, “Makron, get” şüarları səsləndirirlər. 

Qeyd edək ki, martın 7-dən Parisdə komunal işçilər pensiya islahatına qarşı etiraz edərək işə çıxmırlar. Fransa Prezidenti Makronun apardığı sosial siyasəti nəticəsində ölkə ciddi problemlərlə üzləşib. Pensiya yaşının artırılması ilə bağlı təkliflər və hökumətin israrı vətəndaşların ciddi narazılığına səbəb olub.  
 

 

 

 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin