Yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldı

Hazırda oxunan: Yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldı

127666

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İordaniya Haşimilər Krallığının Amman, İrbid, Karak əyalətlərində və Qazaxıstan Respublikasının Karağandı vilayətində dabaq, Amerika Birləşmiş Ştatlarının Minnesota, Merilend, Texas ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, həmin ərazilərdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və xəstəliklərə görə epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi” nəzərə alınaraq, dabaq və yüksək patogen quş qripi xəstəliklərinə görə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin