2023-cü ilin yanvar ayında Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 1 milyard 6 milyon 939,047 min avro dəyərində təbii qaz idxal ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi Avrostata istinadən bildirir.
2022-ci ilin yanvar ayında Azərbaycandan Aİ ölkələrinə qaz idxalının dəyər həcmi 887 milyon 434,481 min avro, həmin ilin dekabr ayında isə - 1 milyard 189 milyon 787,640 min avro təşkil edib.
Beləliklə, illik hesablamada İtaliya, Yunanıstan vı Bolqarıstanın Azərbaycanda qaz alışına xərcləri 13,5% artıb, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 15,4% azalıb.
Məlumata görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15 milyard 598 milyon 852,881 min avro dəyərində təbii qaz idxal edib (il ərzində artım təxminn 4 dəfə).
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:07 / 28.03.2023
3 ölkə Azərbaycandan 1 milyardlıq qaz alıb
Hazırda oxunan: 3 ölkə Azərbaycandan 1 milyardlıq qaz alıb
Hazırda oxunan: 3 ölkə Azərbaycandan 1 milyardlıq qaz alıb
127652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.