İranın keçmiş prezidentinin qızı həbsxanadan BURAXILDI - FOTO

Hazırda oxunan: İranın keçmiş prezidentinin qızı həbsxanadan BURAXILDI - FOTO

127594

İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi Evin həbsxanasından 5 günlük məzuniyyətə buraxılıb.

Bizim.Media xəbər verir ki, Faizə Haşimi sentyabrın 27-si gecə saatlarında təhlükəsizlik məmurları tərəfindən Tehranın şərq bölgəsində həbs edilib. 

İran Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvü Haşimi "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və sövdələşmək, İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti və qeyri-qanuni toplantılarda iştirak etməklə ictimai asayişi və əmin-amanlığı pozmaq"da ittiham edilir.
O, qeyd olunan ittihamlara görə İran məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin