Tərtər rayonunun erməni işğalından azad edilmiş Talış kəndindəki tam orta məktəbdə uzun illərdən sonra martın 27-də ilk zəng çalınıb.
Bizim.Media xəbər verir ki, belə ki, məktəbdə ilk dərs gününün açılışı baş tutub.
Bu barədə informasiyanı Qarabağ regional təhsil idarəsinin müdiri Gündüz Abdulov yayıb.
Onun sözlərinə görə, 78 şagird yerlik məktəbdə müxtəlif yaş qruplarında 24 şagird təhsil alır:
"Tədris prosesinə 15 müəllim cəlb olunub".
Abdulov əlavə edib ki, kənddə yerləşən uşaq bağçasında da tədrisə başlanılıb.
Bizim.Media