Ani Lorak: “Bu ultimatum məni Rusiyaya köçməyə sövq etdi” - FOTO

Hazırda oxunan: Ani Lorak: “Bu ultimatum məni Rusiyaya köçməyə sövq etdi” - FOTO

127396

Son illər Rusiyada fəal şəkildə çıxış edən ukraynalı müğənni Ani Lorak uzun sükutdan sonra Rusiya Federasiyasının Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyat barədə ətraflı danışıb. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında “mövqeyini aydınlaşdırmaq” və mediada onun ünvanına səslənən “böhtan və saxta ittihamlar”ın yayılmasının qarşısını almaq məqsədi ilə açıqlama yayıb. 

Lorak bildirib ki, ukraynalı müğənni olmaqla, irsi ilə fəxr edir və ölkəsini “Avroviziya” beynəlxalq musiqi müsabiqəsində təmsil etmək imkanı əldə edib.

Lakin onun sözlərinə görə, 2014-cü ildə Ukraynada “bəzi siyasətçilər” ondan “öz məqsədləri üçün istifadə etmək” istəyiblər, bununla o, razılaşa bilməyib. 

“Nəticədə özümü çox narahat vəziyyətə saldım və həyatımda yalnız yaxın ətrafımın bildiyi mənfi nəticələrlə üzləşdim. Mənə yalnız iki variant verildi: "Ya siz bizim oyunumuzu oynayın, sizə dediklərimizi edin, ya da sən bu ölkədə oxumayacaqsan. Bu ultimatum məni Rusiyaya köçməyə sövq edən dönüş nöqtəsi oldu. Orada qəbul edildim və bir sənətçi kimi böyüməyə davam etdim, dünyada tanındım. Nə olursa olsun, Ukrayna həmişə ürəyimdədir. Başa düşürəm ki, son bir ildə susmağıma görə tənqid olunuram və bu qərarın müxtəlif cür şərh oluna biləcəyinin fərqindəyəm.

Heç vaxt kimisə incitmək niyyətində olmamışam və əgər bu baş veribsə, üzr istəyirəm. Açıq şəkildə bildirmək istəyirəm ki, heç bir zorakılığın tərəfdarı deyiləm və müharibə səbəbindən insan itkisi ürəyimi parçalayır. Müharibədə kimisə itirməyin acısını ancaq keçmişimi bilənlər anlaya bilər. Onu da deyim ki, bəzi media və siyasətçilərin dəlil-sübutsuz iddia etdiyi hərbi yardımı heç vaxt verməmişəm. Etdiyim yardımlar isə humanitar olub ki, bunu da həmişə etmişəm.
Müğənni dəstəyinə görə qlobal tamaşaçılarına minnətdarlığını bildirib, rus və ukraynalı pərəstişkarlarını sevdiyini vurğulayıb.  

Lorak həmçinin əlavə edib ki, Rusiyada çıxışını davam etdirmək istəyinin niyə mübahisəli olduğunu başa düşür və qərarın “siyasət və ya tərəf tutmaq istəyi ilə diktə olunmadığını” izah edib:  

“Mən musiqiçiyəm, siyasətçi deyiləm, məqsədim musiqimi dünyadakı tamaşaçılarla paylaşmaqdır”. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin