Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bizim.Media xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, prokuror işin məhkəmə baxışına verilməsini istəyib.
İş üzrə məhkəmə prosesi aprelin 10-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 27.03.2023
Paytaxtda ana körpəsini niyə ÖLDÜRÜB?
Hazırda oxunan: Paytaxtda ana körpəsini niyə ÖLDÜRÜB?
Hazırda oxunan: Paytaxtda ana körpəsini niyə ÖLDÜRÜB?
127394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.