Bakıda möhtəşəm şəkildə qarşılandıq - “Qalatasaray”ın baş məşqçisi 

Hazırda oxunan: Bakıda möhtəşəm şəkildə qarşılandıq - “Qalatasaray”ın baş məşqçisi 

127347

Bakıda möhtəşəm şəkildə qarşılandıq. Özümüzü evimizə gəlmiş kimi hiss etdik. Matçın məqsədi Türkiyədəki zəlzələdə zərərçəkənlərə yardımın edilməsi idi. Həmçinin Türkiyə-Azərbaycan qardaşlığını göstərmək və "Qalatasaray" azarkeşləri ilə görüşmək idi.

Bizim.Media xəbər verir ki, bunu “Qarabağ” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, "Qarabağ"a və stadionda hər iki komandanı dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Gözəl gecə oldu. Komandalar çox az zədə ilə oynadılar. Oyunu dəyərləndirsək, matçın əvvəlindən sonunadək "Qarabağ"ı konsentrasiyası yüksək, matça daha hazır komanda kimi gördüm. Qələbə qazandığımız üçün şadıq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin