Bakıda "Qarabağ" və "Qalatasaray" komandaları arasında xeyriyyə matçına start verilib.
Bizim.Media xəbər verir ki, qarşılaşma saat 20:00-da Bakı Olumpiya Stadionunda başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva də matçı izləmək üçün stadiona gəliblər.
Oyunu FIFA referisi Əliyar Ağayev idarə edir. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərirlər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirir.
VAR hakimləri isə Cavid Cəlilov və Müslüm Əliyevdir.
Görüşdən əldə olunacaq gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Bizim.Media