"Cənnət Bağı”na inzibati protokol yazıldı – İcazəsiz reklam yerləşdirib

Hazırda oxunan: "Cənnət Bağı”na inzibati protokol yazıldı – İcazəsiz reklam yerləşdirib

12728

"Cənnət Bağı” Şirkətlər Qrupu barəsində inzibati protokol tərtib edilib.

Bizim.Media xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) maddəsi ilə tərtib edilən protokola Quba Rayon Məhkəməsində baxılacaq.

İş hakim Rahim Həsənovun icraatındadır.

Bu xətaya görə, hüquqi şəxslər 5 000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.

“Cənnət Bağı” turizm sahəsində fəaliyyət göstərən Şirkətlər Qrupudur. Xızı və Qubada mehmanxana kompleksləri, “Altai Maral” Sağlamlıq Mərkəzi, Mingəçevirdə “Agsaray Deluxe Hotel”i ilə yanaşı “CB Travel” də şirkətlər qrupuna aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin