Ermənistanda çağırışçı qadınlar üçün hərbi hissə tikilir?

Hazırda oxunan: Ermənistanda çağırışçı qadınlar üçün hərbi hissə tikilir?

127278

Ermənistan müdafiə naziri Suren Papikyan qadın alayının nəzərdə tutulduğu N saylı hərbi hissənin ərazisinə və çağırışçı qadınların tədris mərkəzinə baş çəkib.

Bizim.Media “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin əsaslı tikinti və şəxsi heyətin yerləşdirilməsi idarəsinin rəisi nazir Papikyana yenidən qurulacaq və təmir olunacaq binaların təfərrüatları barədə məlumat verib.

Daha əvvəl Müdafiə Nazirliyi bildirmişdi ki, Ermənistanda qadınların könüllü hərbi xidmət keçməsi üçün imkanların yaradılması ilə bağlı müzakirələr aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin