Murad "OD PÜSKÜRDÜ": "Siz necə həyasız adamlarsınız?!" - FOTO

Hazırda oxunan: Murad "OD PÜSKÜRDÜ": "Siz necə həyasız adamlarsınız?!" - FOTO

127217

Bəstəkar-müğənni Murad Arif mahnılarını onun icazəsi olmadan ifa edən şəxslərə "od püskürüb".

Bizim.Media xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Murad onun bəstələrini icazəsiz oxuyanlara halallıq vermədiyini yazıb:

“Popurilərimi icazəsiz, halallıq almadan oğurlayıb oxuyanlar, siz necə həyasız adamlarsınız?! Həm oğurlayırsınız, həm də bunu paylaşıb reklam edirsiniz. Birinizdən Murad Arif haqqında soruşsalar, bəlkə ağız da büzərsiniz.
Amma halal zəhmətimlə, büdcəmdən kəsib yığdığım, günlərlə enerjimi, zövqümü, diqqətimi sərf etdiyim işlərə belə it milçəyi kimi daraşırsınız. Ölün, haram olsun”.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin