Son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Ordumuz Laçında lokal zəruri nəzarət tədbirləri həyata KEÇİRİB
Qeyd olunub ki, bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.
Bizim.Media