Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində dağılan binaların tikintisində qanunsuzluqlara yol verməkdə şübhəli bilinərək həbs olunanların sayı 317 nəfərə çatıb.
Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. Zəlzələdə 50 mindən çox insan həyatını itirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:55 / 25.03.2023
Türkiyədə zəlzələdə dağılan binaları tikən 317 nəfər HƏBS olunub
Hazırda oxunan: Türkiyədə zəlzələdə dağılan binaları tikən 317 nəfər HƏBS olunub
Hazırda oxunan: Türkiyədə zəlzələdə dağılan binaları tikən 317 nəfər HƏBS olunub
127168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.