Şüyüddən müalicəvi bitki kimi istifadə etmək olarmı? – Dietoloq MƏSLƏHƏTİ

Hazırda oxunan: Şüyüddən müalicəvi bitki kimi istifadə etmək olarmı? – Dietoloq MƏSLƏHƏTİ

127166

“Gündəlik rasionumuzda şüyüdün öz yeri var. Şüyüd A, B1, B6, C, D və E vitaminləri və minerallarla zəngin tərəvəz bitkisidir. Şüyüd qan şəkərini tənzimləyir”.

Bu fikirləri diyetoloq Sevinc Həsənzadə Bizim.Media verdiyi açıqlamada deyib:  

“Şüyüd insulin istehsalını aktivləşdirir ki, nəticədə qan şəkərinin qəfil yüksəlməsinin qarşısı alınır. Şüyüd həm şəkərin idarə olunması, həm də profilaktikasında mühüm yer tutur. Ürək sağlamlığını qoruyur. Şüyüdün ürək sağlamlığının qorunması və insult riskinin azalmasında mühüm rolu var. Yüksək xolesterin üzərində şüyüd əla təsir göstərir. Xolesterolu azaltmaq isə ürək sağlamlığını qorumaq üçün əsas tədbirlərdən biridir. Sümükləri gücəndirir. Şüyüd yedikdə kalsium rahat sovrulur ki, bu da osteoporoz kimi sümük itkisi xroniki xəstəliklərinə təsir göstərir.

İnfeksiyanın qarşısını alır. Tərkibindəki antioksidan və C vitamini qədim zamanlardan şüyüdü mikroblarla mübarizə və orqanizmi infeksiyalardan qorumaqda istifadə edilib. Şüyüd mikrobları bədəndən uzaqlaşdıraraq yaraların müalicəsi və sağalmasında mühüm rol oynayır.
Öskürək, soyuqdəymə, halsızlıq, yorğunluq kimi problemlərə qarşı isə şüyüd bədəndə ümumi canlanma yaradır və bərpaya kömək edir. İmmuniteti artırır. Şüyüd immunitet sistemini gücləndirməkdə təsirlidir. Güclü immunitetlə orqanizmin mikroblarla mübarizə qabiliyyətini artır. Şüyüd müxtəlif infeksiyaların qarşısını almaqda güclü antibakterial, antiviral və antigöbələk xüsusiyyətlərinə malikdir. Həzmi asanlaşdırır. Şüyüd həzmi yüngülləşdirməkdə mühüm rol oynayan karminativ (carminative), yəni qazqovan kimi tanınır. Şişkinlik, qaz və həzmsizlik kimi mədə və həzm problemlərinin qarşısını almağa şüyüdün lifli quruluşu kömək olur. Çünki şüyüddəki liflər bağırsaq hərəkətliliyini təşviq edərək qəbizliyə qarşı çalışır. Şüyüd həmçinin mikrobun səbəb olduğu ishal hallarını da aradan qaldırır”.

Diyetoloq həmçinin bildirir ki, şüyüdün turşuya qarşı xüsusiyyəti mədədə həddindən artıq turşu əmələ gəlməsinin qarşısını alır.

Belə qidalar daha yaxşı həzm olunur və xora, qastrit, həzm pozğunluğu kimi xəstəliklərin müalicəsində yardımçı sayılır. Ağrıları aradan qaldıra bilir. İltihab əleyhinə və ağrıkəsici hesab olunur. Xüsusilə, oynaq iltihabı və ağrılarında müalicəyə dəstək ola bilir. Əzələ spazmaları və ağrılarını aradan qaldırmaq pəhrizinə şüyüd əlavə edilməsi məsləhətdir.

Qadınların menstrual ağrılarına qarşı da şüyüd yaxşı gəlir. Nəfəs almağı rahatlaşdırır. Şüyüd tənəffüs problemi olan insanlar üçün vacibdir. Soyuqdəymə, öskürək, boğaz ağrısı, qrip kimi problemlərə qarşı mühüm rol oynayır. Ağciyər, sinə və burun boşluqlarında olan bəlğəm hissəciklərini təmizləyir, boşaldır ki, bu da nəfəs almağı asanlaşdırır.

Şüyüd bronxit və astma kimi xəstəlilərin sağalma prosesini sürətləndirir. Təravətli nəfəs verir. Şüyüdün toxumu və yarpaqları nəfəsi fərahladır. Tərkibindəki efir yağları ağız infeksiyalarını aradan qaldırmağa kömək edir, eyni zamanda sərbəst radikalların diş və ətlərinə zərərini minimuma endirir. Sağlam ağız üçün şüyüdün gücündən yararlanmaq lazımdır.
Yuxuya kömək edir. Şüyüdün tərkibindəki aktiv maddələr və B qrupu vitaminləri yuxusuzluğa qarşı olur. Gündəlik pəhrizdə yeyilən şüyüd orqanizmdə müəyyən hormon və fermentlərin ifrazını aktivləşdirərək sakitləşdirici təsir yaradır. O, həmçinin stress hormonlarının səviyyəsini azaltmağa kömək edir. Stressin azalması dinc və keyfiyyətli yuxuya səbəb olur. Buna görə də şüyüd həm də bir antidepresandır. Arıqlamağa kömək edir. 100 qram təzə şüyüd təxminən 43 kaloridir. Tərkibindıki karbohidratların miqdarı az olduğundan kilo vermək üçün pəhrizdə faydalı rol oynayır.

Şüyüd necə yeyilməlidir?

Salat və yeməklərə xırda-xırda doğranmış şüyüdü cəfəri və nanə kimi göyərtilərlə qarışdırıb bol limon və bir az zeytun yağı ilə yemək də fayda var. Ayrana, bişmiş balıq və kartofun üzərinə şüyüdü ədviyyat kimi səpmək məsləhətdir.

Ziya Yaqubzadə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin